22:31
5°C
Bakı
Ukraynanın Avropa İttifaqına qoşulması özü-özlüyündə ən mühüm təhlükəsizlik zəmanəti və ölkənin daha sabit və firavan gələcəyinə aparan etibarlı yoldur.
Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta "X"də bəyan edib.
"Bu gün Nikosiyada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən məmnun oldum. Dünən imzalanmış təhlükəsizlik zəmanətləri sazişi Ukrayna üçün ədalətli və davamlı sülh yolunda işimizin mühüm addımıdır. Onun Avropa İttifaqına üzvlüyü özü-özlüyündə əsas təhlükəsizlik zəmanətidir. Bu, ölkənin daha firavan və sabit gələcəyinə aparan etibarlı yoldur. İşimiz sürətlə irəliləyir", - Koşta qeyd edib.