Rumıniya Prezidentinin təyyarəsi qara görə Paris hava limanında qaldı
Dünya
1724
07 Jan 2026 | 19:10

Rumıniya Prezidentinin təyyarəsi qara görə Paris hava limanında qaldı

Rumıniya Prezidenti Nikuşor Danın təyyarəsi güclü qar səbəbindən Paris hava limanından qalxa bilməyib.

Moderator.az xəbər verir ki, bu haqda Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə yanvarın 7-də səhər havaya qalxmağa hazırlanıb. Lakin uçuş-enmə zolağının qarla örtülməsi uçuşu təxirə salmağa məcbur edib.

“Biz dünən uçmamaq qərarına gəldik, çünki Buxarestdəki qatı duman səbəbindən səhər saat 3-4-də çatacaqdıq”, - Dan bildirib.

Rumıniya Prezidenti əlavə edib ki, Fransada bu hava şəraiti ölkə üçün qeyri-adidir. Onun sözlərinə görə, ekipaj və sərnişinlər hazırda təhlükəsiz uçuş üçün uçuş-enmə zolağının təmizlənməsini gözləyirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər