Suriya Silahlı Qüvvələri Hələb şəhərində fəaliyyət göstərən SDQ (Suriya Demokratik Qüvvələri) qruplaşmasına qarşı məhdud hərbi əməliyyat başladacağını elan edib.
Moderator.az xəbər verir ki, bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.
Nazirlik bu qərarın SDQ-nin 10 mart sazişini pozaraq mülki məhəllələrə və təhlükəsizlik qüvvələrinə etdiyi hücumlarla bağlı olduğunu bildirib:
“Son bir ay ərzində SDQ-nin intensivləşən hücumları nəticəsində 20-dən çox mülki şəxs və 25-dən çox əsgər həyatını itirib, 150-dən çox insan isə yaralanıb. Artıq Suriya ordusu Hələbin kürd nəzarətində olan Şeyx Məqsud və Əşrəfiyyə rayonlarını “qapalı hərbi zona” elan edərək mülki əhaliyə ərazini tərk etmək üçün humanitar dəhlizlər açıb. Bu addım şəhərdə təhlükəsizliyi bərpa etmək və ticarət yollarını yenidən açmaq məqsədi daşıyır”.