İran rəsmiləri üsyançılara güzəşt ehtimalından danışdı
Dünya
1726
07 Jan 2026 | 19:00

İran rəsmiləri üsyançılara güzəşt ehtimalından danışdı

İran hakimiyyəti son etirazlarda iştirak edənlərə qarşı yumşaq davranmayacaq.

Moderator.az xəbər verir ki, bu barədə dövlət televiziyasında İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin deyib.

Rəsmi şəxsin sözlərinə görə, İranın müxalifləri açıq şəkildə üsyançıları dəstəkləyir. Buna görə də hakimiyyət üsyançıların bəhanələrini və üzrlərini qəbul etməyəcək.

Qeyd edək ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Bu etirazlar bir sıra zorakılıq halları ilə müşayiət olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər