Finlandiya sualtı kabelin zədələnməsi işi çərçivəsində quru yük gəmisini saxlayıb
Dünya
1714
07 Jan 2026 | 18:50

Finlandiya sualtı kabelin zədələnməsi işi çərçivəsində quru yük gəmisini saxlayıb

Finlandiya Milli İstintaq Bürosu (NBI) Helsinki və Tallini birləşdirən sualtı telekommunikasiya kabelinin zədələnməsi işi ilə bağlı ilkin istintaq çərçivəsində "Fitburg" quru yük gəmisini həbs edib.

Moderator.az-ın məlumatına görə, bu barədə "İnterfaks" xəbər verir.

Polis xüsusilə külli miqdarda ziyan vurma, xüsusilə böyük miqdarda qəsdən ziyan vurmağa cəhd, həmçinin ağırlaşdırıcı hallarda telekommunikasiya sistemlərinin işinə mane olma maddələri ilə hadisəni araşdırır.

İstintaqın məlumatına görə, gəmi ekipajının bir üzvü cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. Ekipajın daha üç üzvünə gəmini tərk etmək qadağan edilib. "Fitburg" gəmisinin göyərtəsində cəmi 14 nəfər var.

Hazırda quru yük gəmisi Kirkkonummi kommunasında yerləşən Kantvik limanında dayanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər