ABŞ Rusiyanın “kölgə donanması”na aid neft tankerini ələ keçirib
Dünya
1730
07 Jan 2026 | 18:10

ABŞ Rusiyanın “kölgə donanması”na aid neft tankerini ələ keçirib

ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirib.

Moderator.az xəbər verir ki, bu barədə “NBC NEWS” məlumat yayıb.

ABŞ ordusunun Avropa Komandanlığı Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi əməliyyatla bağlı birgə bəyanat yayıb.

Bəyanatda ABŞ-ın sanksiyalarını pozduğuna görə “Bella 1” gəmisinin ələ keçirildiyi açıqlanıb. Bildirilib ki, tanker ABŞ Federal Məhkəməsinin qərarı əsasında ələ keçirilib.

17:01

ABŞ Sahil Mühafizəsi və hərbi qüvvələri Atlantik okeanı boyunca iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirməyə çalışır.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Tanker əvvəlcə “Bella 1” adı altında sanksiyaya məruz qalıb, daha sonra ABŞ-ın blokadasından çıxmağa müvəffəq olub.

Gəmi daha sonra “Marinera” adını götürüb və Rusiya bayrağı altında qeydiyyata alınıb, bu da ABŞ-ın onu hüquqi baxımdan ələ keçirməsini çətinləşdirir.

Rusiya da hadisəyə müdaxilə edərək, tankeri müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərdiyini bildirib, bu isə gərginliyi artırıb. ABŞ rəsmiləri təqib əməliyyatını Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə koordinasiyası ilə davam etdirdiklərini və gəmiyə qarşı sanksiyalara uyğun addımlar atacağını vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər