Çexiya polisi süni intellektin axtarış sistemindən şikayət edib
Dünya
1921
07 Jan 2026 | 14:14

Çexiya polisi süni intellektin axtarış sistemindən şikayət edib

Çexiyanın Çeska Lipa şəhərinin polisi süni intellektlə işləyən axtarış sistemindən şikayətlənib.

Moderator.az xəbər verir ki, bu barədə polisin mətbuat xidməti "Facebook"da paylaşım edib.

Məsələ burasındadır ki, polisin nömrəsi axtarış sistemində necəsə stomatoloji müayinə xidməti kimi qeyd olunub. Bu səbəbdən də, polisə çoxlu müraciət daxil olur.

"Heç kim bilmir ki, bu necə olur, nə üçün olur, amma "ağıllı" süni intellektin axtarış sistemi insanlara bizimlə əlaqə saxlamağı, hətta "156" nömrəsinə zəng vurmağı tövsiyə edir", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər.

Onlar bildiriblər ki, bələdiyyə polisinin təcili stomatoloji xidmətlərlə heç bir əlaqəsi yoxdur.

Həmçinin qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ayrı-ayrı stomatoloqlarla əməkdaşlıq etmir və axtarış sistemində göstərildiyi kimi, orada növbə çəkmirlər.

Hüquq-mühafizə orqanlarının mətbuat xidməti tərəfindən yayımlanan skrinşotda süni intellekt axtarış sistemində qeyd olunur ki, "təcili stomatoloji yardım haqqında məlumat üçün birbaşa bələdiyyə polisi ilə əlaqə saxlamaq və ya onların veb-saytını izləmək" məsləhətdir.

"Təcili stomatoloji yardım daimi mərkəzdə deyil, növbəli və ya razılaşdırılmış şəkildə təmin edilir və yalnız təxirəsalınmaz hallar üçün nəzərdə tutulub, tez-tez kimin "növbətçi" olduğunu yoxlamaq üçün əvvəlcədən telefonla əlaqə saxlamaq tələb olunur", - deyə mətndə vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər