ABŞ bu ölkədə Venesuela ssenarisini təkrarlaya bilər – Rəy 
Dünya
7949
07 Jan 2026 | 13:52

ABŞ bu ölkədə Venesuela ssenarisini təkrarlaya bilər – Rəy 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.
 
"Düşünürəm ki, Kubanın süquta hazır olduğunu görürsünüz. Kuba çökməyə hazır görünür. Onların necə tab gətirəcəyini və ya gətirməyəcəyini bilmirəm", - Tramp deyib.
 
Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur. "Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə sözün əsl mənasında çökməyə hazırdır", - ABŞ Prezidenti əlavə edib. Vaşinqtonun Havanaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, belə bir hərəkətin zəruri olduğuna inanmır. "Düşünürəm ki, Kuba sadəcə çökəcək. Düşünmürəm ki, hər hansı tədbir görməliyik, görünür, sadəcə olaraq çökəcək", - o deyib.
 
Moderator.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov ABŞ-ın açıq şəkildə Latın Amerikası ölkələrini hədəf aldığını bildirib.
 
O qeyd edib ki, ABŞ ilə Latın Amerikası ölkələri arasında münasibətlər uzun illərdir ki, ziddiyyətlidir:
 
“Bu, əvvəlki hakimiyyətlərin dövründə də belə olub. Vaşinqton həmişə Latın Amerikası ölkələrinin zəif durumundan istifadə etməyə çalışır. Venesueladakı əməliyyatından sonra düşünmək olar ki, ABŞ-nin Latın Amerikası ilə bağlı siyasəti yenj mərhələyə daxil olub. Və bu mərhələ daha radikal mövqeyi özündə ehtiva edir. Kubanın iqtisadi baxımdan çökməsi doğrudur. Lakin bu, heç bir ölkəyə, o cümlədən ABŞ-yə haqq qazandırmır ki, Kubanın daxili işlərinə qarışsın. 
 
Sözsüz ki, Venesuelada baş verənlər onsuz da çökməkdə olan Kubanı bir az da zəiflədəcək. Fikrimcə, indiki məqamda ABŞ-nin prioriteti Kubanı iqtisadi formada öz təsiri altına salmaqdır. Bunu bacarsa, siyasi dominantlıq imkanları da artacaq.
 
Kuba Prezidenti Migel Dias-Kanellə Tramp arasında təmasların baş tutması mümkündür. Tramp bu ölkəni iqtisadi böhrandan xilas etmək üçün Kubaya investisiya qoyulmasını təklif edə bilər. Beləliklə, Kuba əvvəlvə iqtisadi, sonra isə tədricən siyasi baxımdan Vaşinqton asılı vəziyyətə düşəcək. Amma bu alınmasa, onda ABŞ "B" variantına keçə, Kubada da Venesuela ssenarisini təkrarlaya bilər”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər