Venesuela sahillərindəki tankerlər kütləvi şəkildə Rusiya bayraqları asırlar
Dünya
1896
07 Jan 2026 | 12:18

Venesuela sahillərindəki tankerlər kütləvi şəkildə Rusiya bayraqları asırlar

Venesuela sahillərində ən azı beş tanker artıq bayraqlarını Rusiya bayraqları ilə dəyişdirib.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Bu tendensiya Bolivar Respublikasının dəniz blokadasını təşkil edən və kölgə donanmasının gəmilərinə qarşı “ova” başlayan Amerika donanmasının fəaliyyəti ilə əlaqələndirilir.

Bunu edən ilk gəmi “Bella 1” tankeri olub. “Hyperion” tankeri də eyni şeyi edib, digər üç adsız gəminin heyətləri də eyni addımı atıblar.

"The Wall Street Journal" əvvəllər Rusiyanın "Marinera" tankerini müşayiət etmək üçün sualtı qayıq və digər dəniz qüvvələri göndərdiyini açıqlamışdı.

 

(Publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər