Avstraliyada dünyanın ən yüksək temperaturlarından biri qeydə alınıb. Ölkənin bəzi yerlərində temperatur 46°C-dən yuxarı qalxıb.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Qərbi Avstraliyanın Pilbara bölgəsində, Marble Barda civə sütunu 46,4°C-yə çatıb. Güclü istilik dalğası ölkənin yeddi ştatının və ərazisinin böyük bir hissəsini bürüyüb və yaxın günlərdə də həddindən artıq yüksək temperaturun davam edəcəyi proqnozlaşdırılır.
Güclü istilər meşə yanğınları təhlükəsinin artması və həddindən artıq quru hava şəraiti ilə müşayiət olunur ki, bu da artıq meteoroloji xidmətləri xüsusilə Cənubi Avstraliya, Yeni Cənubi Uels və Viktoriya da daxil olmaqla Avstraliyanın cənub və şərq hissələrində yüksək yanğın riski proqnozlaşdırmağa sövq edib.
Yerli hakimiyyət orqanları yaşlılar və həssas qruplar üçün sağlamlığa təhlükə barədə xəbərdarlıq edib.