07:27
5°C
Bakı
ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında vəfat edib.
Moderator.az-ın "ABC News" telekanalına istinadən xəbərinə görə, bu barədə onun ailəsi məlumat verib.
"O, bazar günü Los-Ancelesdəki evində vəfat edib", - deyə telekanal bildirib.
Qeyd edək ki, keçmiş prezidentin beş övladından biri olan Maykl Reyqan mühafizəkar siyasi şərhçi və radio aparıcısı olub.