Filippində güclü zəlzələ baş verib
Dünya
1867
07 Jan 2026 | 09:05

Filippində güclü zəlzələ baş verib

Filippinin cənub adaları yaxınlığında 6.7 bal gücündə zəlzələ baş verib.
 
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 
Bildirilib ki, zəlzələnin episentri 150 min əhalisi olan Santyaqo şəhərindən 27 kilometr aralıda, ocağı yerin 58 kilometr dərinliyində yerləşib.
 
Qurum mümkün dağıntılar və afterşoklar barədə xəbərdarlıq edib.
 
Zəlzələnin episentrinə yaxın ərazilərdə polis və fövqəladə hallar üzrə qurumlar hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət qeydə alınmadığını bildiriblər.
Link kopyalandı!
Son xəbərlər