2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır
Dünya
2031
07 Jan 2026 | 08:43

2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır

"Hündür yaxalıqlı, geniş həcmli toxunma paltarlar 2026-cı ildə dəbə qayıdacaq, eləcə də don və şalvarın qeyri-adi kombinasiyası da yenidən aktual olacaq".
 
Bu barədə rusiyalı stilist Valeriya Malkova TASS-a müsahibəsində danışıb.
 
"2026-cı ildə moda əvvəlki illərin trendlərini yenidən nəzərdən keçirməyə davam edəcək. Əsas geridönüşlər arasında rahat siluetli və hündür yaxalıqlı həcmli toxunma paltarlar var. Həmçinin çoxlaylı geyimlər də yenidən populyarlaşır, xüsusən də don-şalvar kombinasiyası aktuallaşır ki, bu, gündəlik qarderoba asanlıqla inteqrasiya olunan praktik həlldir", - deyə Valeriya Malkova bildirib.
 
Ekspert qeyd edib ki, çiçəkli naxışlar populyarlıq qazanır və bu, bütün fəsillərdə aktual olacaq: "Dizaynerlər onlardan payız-qış kolleksiyalarında aktiv şəkildə istifadə edirlər və daha isti və daha solğun rəng palitrası təklif edirlər.
 
Bundan başqa, maksimal uzunluqda donlar, uzunqol geyimlər, büzməli ətəklər və modeli müxtəlif hündürlüklərə uyğunlaşdırmağa imkan verən asimmetrik ətəklər dəbdə olacaq. Rəng palitrasında təbii, torpaq çalarları və animalistik naxışlar üstünlük təşkil edəcək", - deyə o vurğulayıb. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər