Uitkoff: Ukraynaya dair sülh danışıqlarında ərazi məsələləri əsas müzakirə mövzusu olacaq
Dünya
1795
06 Jan 2026 | 23:45

Uitkoff: Ukraynaya dair sülh danışıqlarında ərazi məsələləri əsas müzakirə mövzusu olacaq

Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prosesində ərazi güzəştləri ilə bağlı məsələlər ən vacib mövzulardan biri olacaq və bu istiqamətdə müzakirələr davam edir.

Moderator.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə “İstəklilər koalisiyası”nın görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər bu mövzuda kompromis variantların hazırlanması üzərində işi davam etdirəcəklər.

Uitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada sülhün bərqərar olmasını istəyir və onun komandası bu məqsədə çatmaq üçün mümkün olan bütün addımları atacaq.

Link kopyalandı!
Son xəbərlər