Tusk: Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin logistika məsələlərini üzərinə götürür
Dünya
1793
06 Jan 2026 | 23:35

Tusk: Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin logistika məsələlərini üzərinə götürür

Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması çərçivəsində logistika məsələlərini öz üzərinə götürüb.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Parisdə “İstəklilər koalisiyası” liderlərinin görüşündən sonra bildirib.

"Məxfilik qaydalarını pozaraq Polşanın logistika və təşkilati məsələlər üzrə aparıcı ölkə olacağını açıqlaya bilərəm", - Tusk mətbuat konfransında deyib.

Bununla yanaşı, Polşa hökumətinin başçısı bir daha vurğulayıb ki, Varşava çoxtərəfli qüvvələr çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyəcək.

Qed edək ki, mətbuat konfransı Polşa Baş Nazirliyinin sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlanıb.

Link kopyalandı!
Son xəbərlər