01:56
6°C
Bakı
ABŞ nümayəndə heyəti Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşü çərçivəsində Ukrayna üçün ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpası planı üzrə irəliləyiş əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, danışıqlar zamanı bir sıra mühüm istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik zəmanətləri və iqtisadi inkişaf planı ilə bağlı əhəmiyyətli irəliləyiş qeydə alınıb.
Uitkoff bildirib ki, Ukrayna nümayəndə heyəti ilə danışıqlar yanvarın 7-də davam edəcək. Onun sözlərinə görə, yaxın vaxtlarda əlavə müsbət irəliləyiş əldə olunacağına ümid edilir.