İranda həbs edilən etirazçıların ailələləri övladlarının azadlığa buraxılması tələbi ilə güc strukturlarının binaları qarşısında toplaşıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Oxşar hadisə Mazandaran vilayətinin Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin binası qarşısında qeydə alınıb.
Güc strukturlarının binasının qarşısına toplaşanlar həbs edilən yeniyetmələrin valideynləridir. Onlar İslam Respublikasının məhkəmə sisteminə uşaqlarını azad etmək üçün 24 saat vaxt veriblər və xəbərdarlıq ediblər ki, əks halda onların hamısı etirazlara qoşulacaq.
Qeyd edək ki, İrandakı iqtisadi problemlər etirazlara səbəb olub. Nümayişə çıxanlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar da baş verib. Bunun nəticəsində onlarla ölən və yaralananlar var. Ölənlər arasında yeniyetmələrin də olduğu bildirilir.