Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat zamanı 15 nəfər saxlanılıb
1638
06 Jan 2026 | 20:40

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat zamanı 15 nəfər saxlanılıb

Türkiyənin Manisa şəhərinin Yunusemre və Şehzadeler rayonlarında polis tərəfindən dələduzluq və çirkli pulların yuyulması cinayətlərinə qarşı 16 ünvanda keçirilən əməliyyat zamanı 15 şübhəli şəxs saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Onlardan çoxlu sayda rəqəmsal material və patron ələ keçirilib.

Əməliyyat zamanı 15 ədəd mobil telefon, 2 ədəd gündəlik, 1 ədəd kompüter qutusu, 1 ədəd laptop və 45 ədəd 9x19 mm çaplı patron ələ keçirilib.

Link kopyalandı!
Son xəbərlər