Suriyada toqquşmada dörd nəfər ölüb
Dünya
1647
06 Jan 2026 | 20:07

Suriyada toqquşmada dörd nəfər ölüb

"Suriya Demokratik Qüvvələri" (SDQ) Hələb şəhərində Suriya ordusunun mövqelərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə "SANA agentliyi" məlumat yayıb.

Məlumata görə, zərbələr Şeyx Maqsud və Əşrəfiyə rayonlarındakı yaşayış məntəqələrinə endirilib. SDQ birləşmələrinin hücumundan sonra hakimiyyət Hələb - Qaziantep yolunu bağlayıb. Suriya hərbçiləri pilotsuz uçuş aparatlarının və raket buraxılış məntəqələrinə cavab zərbələri endirib.

Bundan əlavə, SDQ tərəfindən atəş nəticəsində bir hərbçi, həmçinin Kənd Təsərrüfatı İdarəsinin iki əməkdaşı da daxil olmaqla, üç mülki şəxs həlak olub və təxminən 15 nəfər, o cümlədən iki uşaq yaralanıb.

Hələb qubernatoru Əzzam Əl-Qarib "X" sosial şəbəkəsində bildirib ki, səlahiyyətli orqanlar və müvafiq qüvvələr atəş mənbələrini aradan qaldırmaq, vəziyyəti nəzarətdə saxlamaq və ictimai təhlükəsizliyi təmin etmək üçün tədbirlər görürlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər