İsveçrədə yanğın baş verən xizək kurortunda yerləşən "Le Constellation" barının sahibi sahibi Jak Moretti Fransada insan alveri ittihamı üzrə təqsirli bilinib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Le Parisien" qəzeti məlumat verib.
Qəzetin yazdığına görə, Moretti və onun əlbir olduğu şəxs qanunsuz fəaliyyətlərinə 2005-ci ildə başlayıblar. Jurnalistlərə məlum olduğu kimi, Fransa vətəndaşı olan üç qadın o zaman gənc qadınları İsveçrədə masaj salonunda işləmək üçün işə cəlb edirmişlər. İş hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. 2008-ci ildə J.Moretti 1 il müddətinə həbs edilib.
Bildirilib ki, Jak Moretti ittihamları rədd edib.
Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda yanğın baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.