00:31
4°C
Bakı
Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə həbs edilməsi məqsədilə keçirilən əməliyyatda 152 ABŞ təyyarəsi iştirak edib.
Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Bu kompleks bir əməliyyat idi. 152 təyyarə və çoxlu hərbçilər bu əməliyyatda iştirak etdi. Möhtəşəm idi. Bizim tərəfdə itki olmayıb, amma təəssüf ki, çox adam ölüb. Ölənlərin əksəriyyəti kubalı əsgərlər idi. Əməliyyat zamanı demək olar ki, bütün Venesuelada elektrik sistemi çökdürüldü. İşığı olan adamlar sadəcə əlində şam olanlar idi",- Tramp bildirib.
Nikolas Maduro haqqında danışan Tramp sabiq prezidenti milyonlarla insanın ölümündə günahlandırıb.
“Karakasın ortasında onların işgəncə kamerası var”,- ABŞ lideri iddia edib.