"Venesuela lideri Nikolas Maduronun qaçırılmasından sonra ABŞ Prezidenti Donald Trampın Administrasiyasının bu ölkə ilə bağlı əlavə tədbirlər planı yoxdur".
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
"Bundan sonrakı fəaliyyət üçün heç bir proqram və ya plan yoxdur. Tramp Administrasiyası Venesueladakı hadisələri izləyəcək və lazım gələrsə, cavab verəcək", - deyə nəşri məlumatlandıran mənbə bildirib.
Başqa bir mənbə isə qəzetə bildirib ki, Tramp keçid dövründə Venesuela hökumətinin üzvlərini hakimiyyətdə saxlamağa etiraz etməyəcək.
ABŞ dövlət katibi Marko Rubio isə daha sərt mövqe tutur və Venesuela hökumətinin bir çox üzvünün narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğunu iddia edir.