23:48
3°C
Bakı
Sloveniyada parlament seçkiləri martın 22-nə təyin olunub.
Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, bu barədə Prezidenti Nataşa Pirts-Musar bu gün fərman imzalayıb.
Sloveniya dövlət başçısı vurğulayıb ki, yeni hökumətin mümkün qədər tez formalaşdırılmasını arzulayır və parlamentdə 90 mandatdan 46-nı toplaya bilən siyasi qüvvəyə hökuməti qurmaq mandatı verəcək.
Qeyd edək ki, 2022-ci ilin iyun ayından etibarən Sloveniya Baş nazir Robert Qolobun rəhbərlik etdiyi mərkəzçi-sol koalisiya hökuməti tərəfindən idarə olunur.