ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner “İstəklilər Koalisiya”sının sammitində iştirak etmək üçün Yelisey Sarayına gediblər.
Moderator.az xəbər verir ki, bu bardə “Reuters“ məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də tədbirdə iştirak etmək üçün artıq Parisə gedib.
Məlumata görə, Paris sammitinin layihə sənədinə əsasən, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın gələcək mümkün silahlı hücumu zamanı sülhün bərpası məqsədilə Kiyevə dəstək verilməsinə dair məcburi öhdəlikləri əhatə edəcək.
Sənəddə qeyd olunur ki, bu öhdəliklər hərbi imkanlardan istifadəni, kəşfiyyat və logistika dəstəyini, diplomatik təşəbbüsləri, həmçinin əlavə sanksiyaların tətbiqini ehtiva edə bilər. Bəyanat koalisiya liderlərinin Parisdə keçiriləcək sammitində təsdiqlənməlidir.
“Reuters“in bildirdiyinə görə, sammitdə 27-dən çox ölkənin liderləri iştirak edəcək. Görüşün əsas mövzularından biri atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya “çoxmillətli qüvvələrin” yeridilməsinin təmin edilməsi, bu prosesin Kiyevlə koordinasiyası və ABŞ-ın dəstəyi ilə həyata keçirilməsi olacaq. Bundan əlavə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi də müzakirə ediləcək.