Türkiyənin Iğdır şəhəri, 1 yanvar tarixinə olan məlumata görə, Türkiyənin ən çirkli havasına malik şəhəri olub.
Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bunu Dünya Hava Keyfiyyəti İndeksi (AQI) məlumatları göstərib.
AQI-nin məlumatlarına görə, ölçülən yüksəkhissəcikli (PM2.5) göstəricilər Iğdırda hava keyfiyyətinin təhlükəli səviyyədə olduğunu ortaya qoyub.
Mütəxəssislər, xüsusilə qış aylarında qalıq yanacaq istifadəsinin artmasının, meteoroloji şəraitin və şəhərdə hava dövranının qeyri-kafi olmasının çirklənməni artırdığını qeyd edirlər.
Səlahiyyətlilərin sözlərinə görə, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar zərurət olmadığı təqdirdə uzun müddət açıq havada qalmaqdan çəkinməlidirlər. Həmçinin maska taxılmasının və hava çirkliliyinə qarşı fərdi tədbirlərin də vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Iğdır əvvəlki illərdə də oxşar dövrlərdə hava çirkliliyi reytinqində ilk yerlərdə qərarlaşıb.