Dünya
1689
06 Jan 2026 | 16:10

"Nikkei": "Yaponiya Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarında maraqlıdır"

Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları təkcə region ölkələrinə deyil, həm də Yaponiyaya fayda gətirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" nəşrinin Avrasiyanın perspektivli nəqliyyat dəhlizlərinə həsr edilmiş analitik məqaləsində bildirilib.

Materialda qeyd olunub ki, regionun əsas marşrutlarından biri, Tokionun da inkişafına maraq göstərdiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TBNM, Orta Dəhliz).

"Yaponiya da Orta Dəhlizə böyük ümidlər bəsləyir. 2025-ci ilin dekabrında ölkənin Baş naziri Sanae Takaiti Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüşüb və Tokionun bu marşrutun inkişafına dəstəyini ifadə edib", - məqalədə vurğulanıb.

Müəlliflər qeyd ediblər ki, ərazisindən Orta Dəhlizin keçdiyi Azərbaycan marşrutun cənub qolunu artıq mövcud olan nəqliyyat əlaqələrinə mühüm bir əlavə hesab edir.

Materialda qeyd edilib ki, Cənubi Qafqaz regionunu Avropanı və Asiyanı birləşdirən "müasir İpək Yolu" adlandırmaq olar, çünki region mühüm nəqliyyat qovşağı kimi diqqət çəkir.

Yaponiya nəşri Orta Dəhlizdən əlavə TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin perspektivliyinə də diqqət yetirib.

"Bu marşrutun inkişafı Azərbaycan və Türkiyə ilə əhatə olunmuş və uzun müddət ciddi ticarət məhdudiyyətləri ilə üzləşmiş Ermənistana da əhəmiyyətli faydalar gətirəcək", - məqalədə qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər