Bizi sosial şəbəkələrdən izləyin:
Mərkəzi Afrika Respublikasının (MAR) dövlət başçısı Fosten-Arkanja Tuadera dekabrın 28-də keçirilən prezident seçkisində yenidən qələbə qazanıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə sözügedən Afrika ölkəsinin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, qalib namizəd səslərin 76.15%-ni toplayıb.
Tuadera da daxil olmaqla prezidentliyə yeddi namizəd olub. Dövlət rəhbəri 2016 və 2020-ci illərdə baş tutan prezident seçkisində də qalib gəlib.
2023-cü ildə referendumla qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə seçilmək hüququ verib. Ölkədə prezidentlik müddəti yeddi ildir.