Maduro bütün ittihamları rədd edib və özünü
Dünya
1578
05 Jan 2026 | 21:40

Maduro bütün ittihamları rədd edib və özünü "hərbi əsir" adlandırıb

Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

Moderator.az "Sky News"ə istinadən xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.

"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.

Link kopyalandı!
Son xəbərlər