İsrail Livanda HƏMAS və
Dünya
1550
05 Jan 2026 | 20:40

İsrail Livanda HƏMAS və "Hizbullah"ın obyektlərinə zərbələr endirib

İsrailin Müdafiə Ordusu Livanda HƏMAS və "Hizbullah"ın obyektlərinə zərbələr endirməyə başlayıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl İsrailin Müdafiə Ordusunun nümayəndəsi, polkovnik Avihay Adri bildirib ki, İsrail hərbçiləri Annan və Əl-Manara yaşayış məntəqələri ərazisində HƏMAS-ın hərbi infrastrukturuna hücum etməyi planlaşdırır. Bu səbəbdən yerli sakinlərə təxliyə çağırışı edilib.

Qeyd edilir ki, Livanda "Hizbullah" obyektlərinə zərbələrdən əvvəl dəfələrlə belə xəbərdarlıqlar dərc edilib, lakin bu, İsrail Müdafiə Ordusunun HƏMAS-ın Livan ərazisindəki obyektlərinə hücum barədə ilk açıq xəbərdarlığıdır.

Link kopyalandı!
Son xəbərlər