Netanyahu ABŞ-nin Venesueladakı fəaliyyətlərini tam şəkildə dəstəklədiyini bəyan edib
Dünya
1560
05 Jan 2026 | 20:30

Netanyahu ABŞ-nin Venesueladakı fəaliyyətlərini tam şəkildə dəstəklədiyini bəyan edib

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, Venesuelada ABŞ-ın fəaliyyətlərini tam şəkildə dəstəkləyir.

Moderator.az-ın "Ynet"ə istinadən verdiyi məlumata görə, o, bunu Knessetdə çıxışı zamanı bildirib.

"İsrail Venesuelada ABŞ-nin fəaliyyətlərini dəstəkləyir. Bu, zorakılığı dəstəkləyən ölkələrin hərəkatına qarşı azadlıq və tərəqqini dəstəkləyən ölkələrin hərəkatıdır", – deyə o vurğulayıb.

Netanyahu həmçinin qeyd edib ki, bir çox mühüm məsələlərdə onun mövqeləri Trampın mövqeləri ilə üst-üstə düşür, "lakin, ailələrdə olduğu kimi, zaman-zaman yanaşmalarda fikir ayrılıqları yaranır". Onun sözlərinə görə, bu fikir ayrılıqları böyük deyil və tərəfdaşlıq yolu ilə həll olunur.

Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.

Link kopyalandı!
Son xəbərlər