Ukrayna Radasının sabiq deputatını Almaniyada həbs etdilər
Dünya
1363
05 Jan 2026 | 18:29

Ukrayna Radasının sabiq deputatını Almaniyada həbs etdilər

Ukrayna Ali Radasının keçmiş deputatı Almaniyada birjada manipulyasiya etməkdə şübhəli bilinərək saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat yayılıb.

Keçmiş deputat beynəlxalq axtarışa verilibmiş. Prokurorluq saxlanılan şəxsin adını açıqlamasa da, "Strana" nəşri dəqiqləşdirib ki, şübhəli şəxs Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun siyasi partiyasının üzvü, Radanın maliyyə komitəsi rəhbərinin müavini Ruslan Demçakdır.

Baş Prokurorluq bildirib ki, 2023-cü ilin avqustunda deputata qarşı "birjada manipulyasiyaya və çirkli pulların yuyulmasına köməklik göstərmək" ittihamı irəli sürülüb. Müstəntiqlərin fikrincə, hələ 2017-ci ildə deputat birjalarda daxili dövlət istiqrazları ilə əməliyyatlar apararaq süni investisiya mənfəəti əldə edib. Hazırda onun Ukraynaya ekstradisiyası gözlənilir.

Link kopyalandı!
Son xəbərlər