09:51
7°C
Bakı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefonla danışıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" hesabında məlumat yayılıb.
Liderlər Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan ölkəsinin Yəmən və Somalinin ərazi bütövlüyünü, birlik və bərabərliyini dəstəklədiyini, hüzur və sabitliyin təmin edilməsi istiqamətindəki səylərə töhfə verməyə hazır olduğunu bildirib.
Dövlət başçıları Qəzzadakı faciənin yekunlaşdırılması üçün çalışdıqlarını, bölgənin bərpası üçün tezliklə addım atılmasının zəruri olduğunu vurğulayıblar.