Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib
Dünya
692
05 Jan 2026 | 17:00

Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın ilk prezidenti Nursultan Nazarbayevin Rusiya prezidenti Vladimir Putinlə görüşlərinə münasibət bildirib.

Moderator.az xəbər verir ki, Tokayev artıq müntəzəm hal alan görüşlərin qeyri-rəsmi xarakter daşıdığını söyləyib.

"Rusiya prezidentinin özü də bu məqamı vurğulayır. Sankt-Peterburqda bu yaxınlarda keçirilən görüşdə Vladimir Putin mənə bildirdi ki, Nursultan Nazarbayevi onun təkidi ilə qəbul edəcək. Rusiya prezidenti dostlarına və həmkarlarına qarşı xeyirxah münasibəti ilə seçilir. Mənə bu cür söhbətlərin məzmunu ilə maraqlı deyil, bu mövzuda heç vaxt sual vermirəm. Nursultan Nazarbayevin şəxsinə gəldikdə isə, mən onu dəfələrlə müasir Qazaxıstan dövlətçiliyinin banisi kimi ifadə etmişəm. Onun dövlət institutlarının yaradılmasına, iqtisadiyyatda bazar mexanizmlərinə və yeni paytaxtın tikintisinə verdiyi töhfələr göz qabağındadır", - Tokayev bildirib.

Qeyd edək ki, dekabrın 27-də Kremldə Putin Nazarbayevi qəbul edib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər