Mask Trampla yemək FOTOsunu paylaşdı
Dünya
1356
05 Jan 2026 | 13:05

Mask Trampla yemək FOTOsunu paylaşdı

ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskla şam yeməyində görüşüb.
 
Moderator.az xəbər verir ki, məlumatı Mask foto ilə bilrikdə "X" hesabında paylaşıb.
 
Fotodan görünür ki, yeməkdə Trampın xanımı Melaniya da iştirak edib.
 
"ABŞ prezidenti və həyat yoldaşı ilə gözəl bir şam yeməyi yedik. 2026 inanılmaz bir il olacaq", - İlon Mask qeyd edib.
 
Qeyd edək ki, keçən ilin yayında Trampla aralarında yaranan narazılıqdan sonra dekabrda Mask yenidən Respublikaçılar Partiyasının seçki kampaniyasını maliyyələşdirməyə başladığını açıqlayıb.
 
Link kopyalandı!
Son xəbərlər