Bizi sosial şəbəkələrdən izləyin:
İranın Ali Lideri ayətullah Əli Xamenei İran təhlükəsizlik qüvvələrinin etirazları yatıra bilməyəcəyi təqdirdə təxliyə planı hazırlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" kəşfiyyat hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirmədiyini görərsə, 86 yaşlı İran lideri 20 nəfərlik yaxın ətrafı və ailə üzvlərinin müşayiəti ilə Tehrandan qaçmağı planlaşdırır.
"Xamenei Moskvaya qaçacaq, çünki onun başqa yeri yoxdur", - uzun müddət İsrail kəşfiyyatına xidmət edən və İslam İnqilabından səkkiz il sonra İrandan qaçan Beni Sabti belə deyib.
Nəşrin qeyd etdiyinə görə, qaçış planı 2024-cü ilin dekabrında devrilmiş Suriya lideri Bəşər Əsədin Dəməşqdən Moskvaya qaçış təcrübəsinə əsaslanır.