Venesuelanın vitse-prezidenti Maduronu azad etmək üçün komissiya yaratdı
Dünya
1369
05 Jan 2026 | 11:00

Venesuelanın vitse-prezidenti Maduronu azad etmək üçün komissiya yaratdı

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges Prezident Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi azad etmək üçün komissiya yaradıb.
 
Moderator.az bildirir ki, Oxu.az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, xanım Rodriges komissiya sədrliyinə qardaşı, Milli Assambleyanın prezidenti Xorxe Rodrigesin və xarici işlər naziri İvan Pinto Hiyunun namizədliyini irəli sürüb. Onlar həmsədr təyin ediliblər. İnformasiya naziri Alfredo Nazaret Nanyes də yeni komissiyaya daxil ediləcək.
 
Yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ qüvvələri tərəfindən ölkədən qaçırılmasından sonra Ali Məhkəmə vitse-prezident Delsi Rodrigesi müvəqqəti dövlət başçısı təyin edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər