Bizi sosial şəbəkələrdən izləyin:
"Avatar" franşizasının üçüncü filmi - "Avatar: Od və Kül" dünya üzrə kinoprokatda bir milyard dollar həddini keçib.
Moderator.az bildirir ki, oxu.az bu barədə "Collider" nəşrinə istinadən xəbər verir.
Filmin rejissoru Ceyms Kemeron artıq dördüncü dəfə bu nəticəyə nail olub. İlk dəfə onun "Titanik" filmi dünya prokatının lideri olmuşdu. "Titanik" nümayiş olunduğu müddətdə iki milyard dollardan çox gəlir əldə edib.
"Avatar" seriyasının bütün filmləri də tamaşaçılar arasında böyük uğur qazanıb. Franşizanın ilk filmi isə hələ də kino tarixinin ən gəlirli filmi olaraq qalır.