Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyat ehtimalını istisna etməyib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Florida ştatının Uest-Palm-Biç şəhərindən Vaşinqtona gedən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ-nin "xəstə qonşusu" adlandırdığı Venesuelaya toxunan Tramp Kolumbiyanı da eyni şəkildə xarakterizə edib.
"Ora kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə bir adam tərəfindən idarə olunur. O, bunu uzun müddət etməyəcək, bu sizə mən deyirəm", - deyə Tramp bildirib.