ABŞ bayraqlı xəritə yayımlandı: Baş nazir təcili açıqlama verdi
Dünya
1508
04 Jan 2026 | 23:26

ABŞ bayraqlı xəritə yayımlandı: Baş nazir təcili açıqlama verdi

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ rənglərindəki adanın xəritəsinə sərt reaksiya verib.

Moderator.az xəbər verir ki, bu barədə Nilsen “Facebook”da açıqlama verib.

O bildirib ki, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Millerin X-də paylaşdığı Qrenlandiyanın Amerika bayrağının rənglərinə boyanmış xəritəsi hörmətsizlikdir.

Miller paylaşımında “tezliklə” ifadəsini də əlavə etmişdi. Baş nazir vurğulayıb ki, bu şəkil panikaya səbəb olmamalıdır:

“Keti Millerin paylaşdığı Qrenlandiyanın Amerika bayrağına bükülmüş şəkli heç nəyi dəyişmir. Ölkəmiz satış üçün deyil və gələcəyimiz sosial media paylaşımları ilə müəyyən edilmir”.

 

(Globalinfo)

Link kopyalandı!
Son xəbərlər