Marneulidə bazarda atışma - Azərbaycanlı ata və oğlu yaralandı
Dünya
1371
04 Jan 2026 | 20:07

Marneulidə bazarda atışma - Azərbaycanlı ata və oğlu yaralandı

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.
 
Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Atanın vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər