Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin təyyarələri Yəmənin şərqində yerləşən Əl-Məhra vilayətinin inzibati mərkəzi Əl-Qayda şəhərində Cənubi Keçid Şurasına (CKŞ) bağlı separatçı qüvvələrin mövqelərinə bir sıra hava zərbələri endirib.
Moderator.az xəbər verir ki, bu barədə CKŞ-yə yaxın "AIC" telekanalı məlumat yayıb.
Bildirilir ki, CKŞ qüvvələri silahı yerə qoymaq və vilayəti tərk etməkdən imtina etdikdən sonra hava hücumlarına məruz qalıb. Zərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd olunur ki, Yəməndə vəziyyət 2025-ci ilin dekabr ayının əvvəlində BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurası separatçılarının Hadramaut və Əl-Məhra vilayətlərinə nəzarəti ələ keçirməsindən sonra kəskinləşib.