13:59
12°C
Bakı
İran polisi bundan sonra qarışıqlıq törədən şəxslərə qarşı qəti tədbirlər görəcəyini, onları müəyyən edib saxlayacağını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə İranın polis rəisi Əhməd Rza Radan bildirib.
"Son iki gün ərzində polis etirazları təşviq edən liderlərin həm onlayn, həm də etiraz yerlərində məqsədyönlü saxlanılması ilə məşğuldur. Artıq bir sıra şəxslər müəyyən edilib və saxlanılıb. Onlar etirazlarda iştirak qarşılığında xaricdən dollar aldığını etiraf ediblər",- o qeyd edib.
Xatırladaq ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.