14:01
12°C
Bakı
ABŞ, Cənubi Koreya və Yaponiya hesab edir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) bazar günü həyata keçirilən ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, regionda və bütün beynəlxalq ictimaiyyətdə sülhə və təhlükəsizliyə təhdid yaradır.
Moderator.az-ın məlumatına görə, bu barədə üç ölkənin xarici siyasət qurumlarının yüksək vəzifəli nümayəndələri telefon danışıqlarının yekununda açıqlama veriblər.
"Üç ölkənin nümayəndələri bu cür təxribatçı hərəkətlərin dayandırılmasını tələb etdilər", – Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.