14:03
12°C
Bakı
Türkiyə Respublikası olaraq Venesuela böhranında hüququn, milli iradəyə hörmətin və Venesuela xalqının yanında olmağa davam edəcəyik.
Moderator.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunaraq ölkədən çıxarılmasına münasibət bildirən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə Venesuela xalqının yanında olacaq. "Bütün tərəflərlə dialoq içində sabitliyi müdafiə etməyə davam edəcəyik", - C. Yılmaz bildirib.