Roma Papası Venesuelanın suverenliyinin qorunmasına çağırıb
Dünya
1231
04 Jan 2026 | 16:57

Roma Papası Venesuelanın suverenliyinin qorunmasına çağırıb

Roma Papası XIV Leo Venesuelada baş verən hadisələri narahatlıqla izlədiyini bildirib və ölkənin suverenliyinin qorunmasına, hüququn aliliyinə əməl olunmasına çağırıb.

Moderator.az-ın xəbərinə görə, Roma Papası bunu bu gün ənənəvi bazar günü mərasimindən sonra bəyan edib.

Roma Papası sakit gələcək, əməkdaşlıq, sabitlik və harmoniya naminə birgə fəaliyyət göstərməyə çağırıb.

Xatırladaq ki, Roma Papası XIV Leonun sələfi Fransisk Venesuela Prezidenti Nikolas Maduro ilə məktub mübadiləsi aparmışdı.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.

Link kopyalandı!
Son xəbərlər