14:02
12°C
Bakı
Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya X hesabında paylaşım edib.
Nazir bildirib ki, iki həftə ərzində İstanbul başda olmaqla, 14 vilayətdə silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyat nəticəsində 398 tapança, 175 ov tüfəngi, 32 avtomat ələ keçirilib.
Nazirin sözlərinə görə, qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 202 nəfər saxlanılıb.