Jirinovskinin Venesuela ilə bağlı kəhanəti...
Dünya
1290
04 Jan 2026 | 16:20

Jirinovskinin Venesuela ilə bağlı kəhanəti...

Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, qalmaqallı siyasətçi, 2022-ci ildə ölən Vladimir Jirinovskinin daha bir proqnozu doğru çıxıb.

Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Jirinovski 2020-ci ildə, Tramp seçkilərdə məğlub olandan sonra jurnalist Vladimir Solovyovun verilişində danışıb.

“2024-cü ildə Tramp qalib gələcək və biz ona kömək edə bilərik. Bu payız da ona kömək edə bilərdik. 2016-cı ildə seçiləndə heç nə etmədik və 2020-ci ildə, əgər onun ağlı bir az işləsəydi, bizdən haradasa nəsə etməyimizi istəyərdi və sonra bizim köməyimizlə qalib gələ bilərdi”, - Jirinovski deyir.

Daha sonra siyasətçi bildirir ki, biz Trampa Venesuela ilə bağlı şans verə bilərik:

“Biz, məsələn, Ukrayna ilə bağlı düzgün mövqe tuta və ona Venesuela ilə bağlı şans verərdik. O, Venesuelanı götürür, biz də Ukraynanı götürürük".

Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Link kopyalandı!
Son xəbərlər