Türkiyəli nazir: Azərbaycanla yeni təbii qaz müqaviləsi imzalanıb
Dünya
1276
04 Jan 2026 | 15:45

Türkiyəli nazir: Azərbaycanla yeni təbii qaz müqaviləsi imzalanıb

Türkiyə ilə Azərbaycan arasında təbii qaz üzrə 33 milyard kubmetrlik yeni müqavilə imzalanıb.

Moderator.az xəbər verir ki, bunu "Kanal 7" telekanalına müsahibəsində Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar deyib.

O bildirib ki, anlaşma çərçivəsində Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində qaz tədarük ediləcək.

Nazirin sözlərinə görə, müqavilə 2029-cu ildə başlayacaq və 2040-cı illərə qədər davam edəcək.

"Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə ölkəmizə gətirəcəyik", - Bayraktar vurğulayıb.

O əlavə edib ki, uzunmüddətli müqavilələr və diversifikasiya strategiyası sayəsində Türkiyə enerji təchizatının təhlükəsizliyini təmin edir və yanacağı rəqabətqabiliyyətli qiymətlərlə tənzimləməyə davam edəcək.

Link kopyalandı!
Son xəbərlər