14:00
12°C
Bakı
Yunanıstanın hava məkanı tamamilə bağlanıb.
Moderator.az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.
Hazırda ölkəyə heç bir təyyarənin daxil olmadığı bildirilir. Səhər saatlarından etibarən Yunanıstan hava məkanında radiostansiya rabitə sistemlərində yaranan texniki nasazlıq səbəbindən uçuşlarda böyük fasilələr yaranıb.
Afina Nəzarət Mərkəzinin radiotezlik sistemlərindəki problem səbəbindən Afina uçuş bölgəsi xəttində reyslə məhdudlaşdırılıb. Ölkə daxilindəki bütün aeroportlarda uçuş əməliyyatları dayanma vəziyyətinə gəlib.
Sistem problemi səbəbindən daxili və xarici reyslərdə uzunmüddətli gecikmələr və ləğvlər müşahidə olunur.