Tramp bu planı birinci prezidentlik dönəmində hazırlayıbmış
Dünya
1373
04 Jan 2026 | 15:00

Tramp bu planı birinci prezidentlik dönəmində hazırlayıbmış

“Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi planı ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dönəmində hazırlanmışdı”​.

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton CNN telekanalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Tramp əvvəlcədən Venesuela neftinə maraq göstərib və Maduronun devrilməsi ideyası onu maraqlandırıb.

Bolton qeyd edib ki, lakin Trampın diqqətini uzun müddət  bu məsələdə saxlamaq mümkün olmayıb.

Onun sözlərinə görə, sonradan ABŞ-nin dövlət katibi Marko Rubio görünür ki, Trampı ikinci prezidentlik müddətində tədbir görməyə inandıra bilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər